Ərdoğan İsveçin NATO üzvlüyünə dəstək verməkdən imtina edib

   Ərdoğan İsveçin NATO üzvlüyünə dəstək verməkdən imtina edib
  23 Yanvar 2023    Oxunub:349
İsveç Türkiyənin Stokholmdakı səfirliyinin qarşısında “Qurani-Kərim”in yandırılması ilə bağlı insidentdən sonra NATO-ya üzvlük məsələsində Türkiyə hakimiyyətinin dəstəyinə ümid edə bilməz.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında deyib.

“Terror təşkilatlarının üzvləri küçələrinizdə gəzəcək və ondan sonra NATO-ya daxil olmaq məsələsində dəstək istəyəcəksiniz. Belə bir şey ola bilməz”-deyə, o bildirib.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər:







Xəbər lenti