BMT rəsmisi Rusiyaya gedir: Gündəm “taxıl sazişi” və gübrə

BMT rəsmisi Rusiyaya gedir:    Gündəm “taxıl sazişi” və gübrə
  23 Yanvar 2023    Oxunub:341
BMT-nin Ticarət və ixracın inkişafı üzrə konfransının sədri Rebeka Qrinspen bu həftə dünya bazarını ərzaq və gübrələrlə, o cümlədən ammonyakla təmin edilməsi ilə bağlı müqaviləni müzakirə etmək üçün Rusiyaya səfər edəcək.
Bunu BMT-nin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Rebeka Qrinspan və komandası bu həftənin sonunda Rusiya hakimiyyəti ilə müntəzəm təmaslarının bir hissəsi olaraq Moskvaya səfər edəcək.

Görüşlərdə Rusiyanın ərzaq və gübrələrin, o cümlədən ammonyakın maneəsiz ixracını təmin etməsi müzakirə ediləcək.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər:







Xəbər lenti