Ukraynaya çoxlu sayda ağır silahlar veriləcək

   Ukraynaya çoxlu sayda ağır silahlar veriləcək
  24 Yanvar 2023    Oxunub:311
“Müasir Qərb tanklarının tədarükü Ukraynada münaqişənin kəskinləşməsinə səbəb olmayacaq”.
AzVision.az xəbər verir ki, bu fikri NATO-nun baş katibi Yens Stoltenberq Welt nəşrinə müsahibəsində bildirib.

“İndi müttəfiqlər arasında Ukraynaya hansı avadanlıqları tədarük etməyimizlə bağlı məsləhətləşmələr prosesi gedir. Təbii ki, əksər müharibələr danışıqlar masası arxasında bitir. Amma biz başa düşürük ki, Ukraynanın bu cür danışıqlarda nəyə nail ola biləcəyi onun döyüş meydanındakı mövqeyindən asılıdır”, - deyə o bildirib.

O, NATO ölkələrinin Ukraynaya tez bir zamanda tank tədarük etməyə hazır olmasını alqışladığını vurğulayıb. Stoltenberq bəyan edib ki, Ramşteyndəki görüşdə Ukraynaya çoxlu sayda ağır silahların verilməsi barədə qərar qəbul edilib.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər:







Xəbər lenti