NASA-dan dünyanın sonu ssenarisi

NASA-dan dünyanın sonu ssenarisi
  24 Yanvar 2023    Oxunub:1898
Meteorit zərbəsi, qlobal istiləşmə, iqlim böhranı, nüvə müharibəsi, yadplanetlilərin işğalı... Dünyanın sonunun nə vaxt və necə olacağı ilə bağlı müxtəlif nəzəriyyələr irəli sürülür. Son nəzəriyyə isə NASA-dan gəldi və yaşamın son tarixi açıqlandı.
Tədqiqat qrupunun araşdırmasına əsasən Günəş zamanla Dünyadak oksigeni azaldaraq Yer kürəsini yaşamaq üçün yararsız hala salacaq. Bildirilib ki, həmin tarixə hələ 1 milyard il var, yəni tarixlər 1.000.002.021-i göstərdikdə, oksigen miqdarı yaşamaq mümkün olmayan səviyyəyə enəcək. Yer günəş şüaları hesabına oksigenləşir. Lakin kifayət qədər ləng gedən bu proses gündəlik həyata təsir etmir.

Araşdırma qrupundan Kazumi Ozaki bildirib ki, yaratdıqları modeli 400.000 dəfə test ediblər.



Dünya 2,5 milyard il əvvəl oksigenlə zəngin bir planet olub. Hazırda oksigenin azalacağı dövrə isə 1 milyard il var. Lakin bəşəriyyət üçün ən böyük təhlükə qlobal istiləşmə və onun gətirdiyi iqlim dəyişikliyidir. COVI19-un gətirdiyi qısamüddətli normallaşma artıq öz təsirini itirib. Karbon emissiyaları pandemiyadan əvvəlki vəziyyətə qayıtıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti