"Xarici İşlər Nazirliyində Azərbaycan dilini bilən yoxdur" - Deputat

   "Xarici İşlər Nazirliyində Azərbaycan dilini bilən yoxdur" -    Deputat
  24 Yanvar 2023    Oxunub:593
"Xarici İşlər Nazirliyində Azərbaycan dilini bilən yoxdur".
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Nizami Cəfərov “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin müzakirəsi zaman deyib.

O qeyd edib ki, qeyri-maddi sözü kənardan gəlir, bunun izahını vermək lazımdır:

“Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin adını düzgün yazmaq lazımdır. Qeyri-maddi mədəni nədir? Mən dilçiliklə məşğulam, amma bilmirəm bu nədir. Bunun izahını vermək lazımdır. UNESCO-da Novruz bayramı qeyri-maddi mədəni irs kimi qeydiyyatdan keçib. Bu necə qeyri-maddi mədəni irs ola bilər? Xarici İşlər Nazirliyi ilə də müzakirələr aparmaq lazımdır, ancaq nazirlikdə Azərbaycan dilini bilən yoxdur. Bilən də yaddan çıxarıb”.

AzVision.az

Teqlər:







Xəbər lenti