İKT sektoruna vergi və sosial sığorta üzrə güzəştlər verilir

İKT sektoruna vergi və sosial sığorta üzrə güzəştlər verilir
  24 Yanvar 2023    Oxunub:411
İnformasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinin inkişaf etdirilməsi, bu sahədə hüquqi və fiziki şəxslərin fəaliyyətlərinin dəstəklənməsi və stimullaşdırılması, ölkədə rəqəmsal inkişafın təşviq olunması, xarici investisiyaların cəlbediciliyinin təmin edilməsi, yüksək ixtisaslı mütəxəssislərin və kadrların cəlb olunması məqsədilə Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Qanuna edilən dəyişikliklər yanvarın 1-dən qüvvəyə minib.
Dövlət Vergi Xidmətindən AzVision.az-a bildirilib ki, Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə - gəlir (mənfəət), əmlak və torpaq vergiləri, dividendlər, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına münasibətdə ƏDV-dən azad olunub. Adıçəkilən şəxslərə vergi güzəştləri onların həm texnopark, həm də texnoparkdan kənar fəaliyyətinə şamil edilir.

Sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslərdə işləyən fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi 2023-cü il yanvarın 1-dən 3 il müddətinə 8 min manatadək aylıq gəlir olduqda 0 faiz, 8 min manatdan artıq gəlirlərə münasibətdə 5 faiz və 2026-cı il yanvarın 1-dən 7 il müddətinə aylıq gəlirin 5 faizi məbləğində tutulacaq.

AzVision.az

Teqlər:







Xəbər lenti