Vəkillərin İxtisas Komissiyasının hakimlərdən ibarət üzvləri təyin olunub

Vəkillərin İxtisas Komissiyasının hakimlərdən ibarət üzvləri təyin olunub
  24 Yanvar 2023    Oxunub:699
Vəkillərin İxtisas Komissiyasının hakimlərdən ibarət üzvləri təyin olunub.
AzVision.az -ın məlumatına görə, bu barədə Ali Məhkəmə Plenumunda qərar qəbul edilib.

Qərara əsasən, Konstitusiya Məhkəməsinin hakimi Rövşən İsmayilov, Ali Məhkəmənin hakimləri - Zaur Əliyev və Ələsgər Novruzov Vəkillərin İxtisas Komissiyasına üzv təyin ediliblər.

Qeyd edək ki, Vəkillərin İxtisas Komissiyası vəkilliyə namizədlərin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli Qanununda nəzərdə tutulmuş tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün yaradılıb. Onun tərkibinə beş vəkil, üç hakim və üç hüquqşünas alim daxildir. Vəkillərin İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığının, vəkilliyə layiqli olmasının müəyyən edilməsi məqsədi ilə Vəkillər Kollegiyasının Rəyasət Heyəti ilə əlaqəli şəkildə test imtahanının keçirilməsini təşkil edir və onlarla müsahibə aparır.

AzVision.az



Teqlər:





Xəbər lenti