Mərkəzi Nəbatət Bağı ilə bağlı məlumatlar yalan imiş

Mərkəzi Nəbatət Bağı ilə bağlı məlumatlar yalan imiş
  24 Yanvar 2023    Oxunub:928
Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Mərkəzi Nəbatət Bağı ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə AzVision.az -a Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

Bildirilir ki, ağacların sayının azaldılması ilə bağlı yayılan məlumatlar da həqiqəti əks etdirmir, əksinə orada mövcud olan yaşıllığın qorunub saxlanılması ilə yanaşı, ölkə başçısının tapşırıqlarına uyğun olaraq ərazidə sökülən çoxsaylı qanunsuz tikintilərin yerində yeni ağacların əkilməsi nəzərdə tutulub.

Yeni qurulacaq bağa dair yayılan şəkillər isə ayrı-ayrı müəlliflər tərəfindən ilkin olaraq təqdim olunan və təsdiq olunmayan bir çox layihələrdən biridir.

AzVision.az



Teqlər:





Xəbər lenti