Türkiyədəki zəlzələ Azərbaycanda da hiss olunub

   Türkiyədəki zəlzələ Azərbaycanda da hiss olunub
  06 Fevral 2023    Oxunub:801
"Türkiyədə baş verən zəlzələ Naxçıvan və Lənkəranda hiss olunub".
AzVision.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban yetirmişli Türkiyədəki zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, zəlzələnin gücü az olduğu üçün az hiss edilib. "Buna səbəb dalğaların bizə çatana qədər sönməsi olub".

Q.yetirmişli qeyd edib ki, binalar tikiləndə seysmoloji tədqiqatlar aparılmalıdır.

"Bakı çox geoloji mürəkkəb quruluşa malikdir. Bəzən bir bina 7, digəri 8 bal verir".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti