“İrəvan Bakı ilə gizli danışıqlar aparır” – Erməni politoloq

   “İrəvan Bakı ilə gizli danışıqlar aparır” –    Erməni politoloq
  06 Fevral 2023    Oxunub:1785
“Ermənistan hakimiyyəti pərdə arxasında Azərbaycanın Zəngəzura iddialarından əl çəkməsi müqabilində Qarabağ üzərində suverenliyinin tanınması imkanlarını müzakirə edir. Qərb də paket həll variantının tərəfdarıdır”.
Bu sözləri Amerikanın Lihay Universitetinin professoru Arman Qriqoryan “news.am” saytının "Faktor Gücü" verilişində deyib. Onun sözlərinə görə, Rusiyanın yanaşması öz mahiyyətinə görə mərhələlidir. Bu varianta görə, hazırda Ermənistan və Azərbaycanın maraqları əsasında Qarabağın statusu məsələsinin həllinə nail olmaq mümkün deyil, ona görə də məsələ sülh müqaviləsi imzalanandan sonraya qədər təxirə salınmalıdır. Bu, Ermənistanın işinə paket həlldən daha çox yarayır.

Ekspert bildirib ki, yanaşmalar arasındakı fərq həm də vasitəçi seçimindədir: “Paket variantının seçilməsi Rusiyanın regiondan çıxarılması prosesini nəzərdə tutur ki, bu da Moskvanın sərt müdaxiləsi təhlükəsi yarada bilər”.
Hraparak: "Sülhməramlıların iştahası artıb, hər maşına görə 10 min alırlar "

Politoloq onu da vurğulayıb ki, Moskva Qarabağın müstəqilliyini tanıya bilməz, çünki bu, Türkiyə ilə toqquşmaya gətirib çıxaracaq.

Eyni zamanda ekspert Alma-Ata bəyannaməsinə istinadlardan və Ermənistan hakimiyyətinin cəmi 29800 kvadrat kilometr ərazini qorumağa hazır olması barədə bəyanatlarından narahatlığını bildirib.

Ə.V.
AzVision.az

Teqlər: Qarabağ   Zəngəzur  







Xəbər lenti