Paşinyandan gülməli açıqlama: "Qarabağda "ekoloji problem"i Bakı yaradıb"

    Paşinyandan gülməli açıqlama:    "Qarabağda "ekoloji problem"i Bakı yaradıb"
  09 Fevral 2023    Oxunub:884
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə gülünc doğuran fikirlər səsləndirib.
AzVision.az xəbər verir ki, o, hökumətin iclasında çıxışı zamanı guya Laçın dəhlizində yolun əvvəlki qaydayla işləməməsinin Qarabağın ermənilər yaşayan ərazilərində "ekoloji problemlər" yaratdığını deyib.

Baş nazirin sözlərinə görə, qondarma rejim elektrik enerjisi problemləri ilə də üzləşirlər. Separatçılar hava şəraitindən asılı olaraq elektrik enerjisinin kəsilməsinə əl atmaq məcburiyyətində qalıblar.

"Belə şəraitdə Qarabağdakı ermənilər isinmək üçün odundan istifadə etməyə məcbur olurlar ki, bu da öz növbəsində meşələrin kütləvi qırılmasına gətirib çıxarır. Bu isə yeni ekoloji problemdir. Beləliklə, Azərbaycanın ətraf mühitlə bağlı narahatlığı və bununla bağlı görülən tədbirlər "real ekoloji problem" yaradıb”, - Paşinyan məntiqsiz iddia səsləndirib.

Xatırladaq ki, bir neçə aydır ki, Laçın dəhlizində ermənilərin yaratdığı ekoloji problemlərlə bağlı etiraz aksiyaları təşkil olunur. Azərbaycan separatçıların Rusiya sülhmərmalı kontingentinin müvəqqəti nəzarəti altında olan ərazilərdə təbii sərvətlərimizi talan etməsinə etiraz edir. Belə bir fonda Paşinyanın oxşar ittihamla çıxış etməsi doğrudan da gülünc doğurur.

Tural Tağıyev
AzVision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti