Dağıntılar altından şəhid oğlunun silahını çıxardı - FOTOLAR

   Dağıntılar altından şəhid oğlunun silahını çıxardı -    FOTOLAR
  09 Fevral 2023    Oxunub:943
Ötən ilin oktyabrında PKK terrorçuları ilə qarşıdurmada şəhid olan hərbçi Kürşat Sərtin atası Şahap Sərtin Kahramanmaraşın Elbistan qəsəbəsindəki evi də zəlzələ nəticəsində dağılıb. Ailə üzvləri sağ qurtula bilsə də, şəhidə aid əşyalar dağıntılar altında qalıb.
Ata oğlunun əşyalarının çıxarılması üçün saatlarla uçan binanın yanında gözləyib. Böyük çətinlikdən sonra şəhidin hərbi geyimini və bel çantasını dağıntılar altından götürmək mümkün olub.

"Oğlumun silahını və qanlı köynəyini götürdük. İnşallah, digər əşyalarını da çıxararıq”, -deyə şəhid atası bildirib.





Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti