Ağdamda ekskavator minaya düşdü

   Ağdamda  ekskavator minaya düşdü
  18 Mart 2023    Oxunub:1140
Ağdamda ekskavator minaya düşüb.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan AzVision.az --a bildirilib ki, hadisə rayonun Əfətli kəndində əkin sahəsində baş verib.

Kənd sakini Elmir Yusifov ekskavatorla təsərrüfat işləri ilə məşğul olarkən ekskavator torpağa basdırılmış partlamamış mərmiyə toxunub. Nəticədə partlayış baş verib. Hadisə zamanı texnikaya ziyan dəyib.

E.Yusifov isə yüngül dərəcəli xəsarətlər alıb. Araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti