"Azərbaycan 5 mövqedə irəliləyib"

   "Azərbaycan 5 mövqedə irəliləyib"
  30 Mart 2023    Oxunub:976
Ermənistanın Milli Təhlükəsizlik Şurası iddia edir ki, "Azərbaycan tərəfi əvvəlcədən razılaşdırılmış dəqiqləşdirmələri gözləmədən bəzi yerlərdə  mühəndis-istehkam işləri apararaq mövqelərini irəlilədib".
Ermənistan tərəfinin hesablamalarına görə, "Azərbaycan 5 yerdə 100-300 metr qabağa gəlib.

Hazırda hər iki tərəfin kartoqrafları mövqelərin dəqiqləşdirməsi üzərində işləyirlər".

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Azərbaycan Ordusu Laçın yolundakı hakim yüksəklikləri və sərhədboyu geniş sahələri nəzarətə götürüb.

"Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb", - nazirlikdən bildirilib.


AzVision.az


Teqlər:





Xəbər lenti