Səfirlər “ASAN xidmət”də

Səfirlər “ASAN xidmət”də
  11 Aprel 2013    Oxunub:599
Avropa Şurasının səfirləri “ASAN xidmət” mərkəzi ilə
tanış olublar
11 aprel 2013-ci il tarixində Azərbaycanda səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya naminə Məruzəçilər Qrupunun (GR-DEM) üzv-dövlətlərinin səfirlərindən ibarət nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Qonaqları salamlayan Dövlət Agentliyinin sədri İnam Kərimov 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verib. Bildirilib ki, “vahid məkan” prinsipinə əsaslanan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır.

“ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirib, Mərkəzin onlarda xoş təəssüratlar yaratdığnı qeyd etmiş və gələcək fəaliyyətdə uğurlar arzulayıblar

Qalereya




Teqlər:  





Xəbər lenti