Məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan ASAN xidmət in bu ildən Gəncə şəhərində də fəaliyyət göstərəcək. Hazırda şəhərin Heydər Əliyev prospektində mərkəzin 3 mərtəbəli binasının tikintisi davam edir. Tikintiyə bu ilin mart ayından start verilib.
Məlumata görə, mərkəz istifadəyə verildikdən sonra ölkənin qərb bölgəsinin sakinləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulan ASAN xidmət mərkəzinin xidmətlərindən istifadə edə biləcəklər. Vətəndaşlar bir mərkəzə daxil olmaqla çox sayda xidmətlərdən faydalana biləcəklər. ASAN xidmət mərkəzinin istifadəyə verilməsi həm də vətəndaşla məmurun birbaşa ünsiyyətini azaltmış olacaq.
Xatırladaq ki, “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. ASAN 2013-cü ilin yanvarından fəaliyyətə başlayıb.
Tikintidən foto şəkilləri təqdim edirik: