Çinlilər ASAN-da - FOTOLAR

Çinlilər ASAN-da - FOTOLAR
  13 Aprel 2013    Oxunub:966
Çin Xalq Respublikasının baş prokuroru “ASAN xidmət” mərkəzi ilə tanış olublar.
Dünən Azərbaycanda səfərdə olan Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun baş prokuroruu, Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyasının prezidenti Çao Cianminqin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qonaqları salamlayan Dövlət Agentliyinin sədri İnam Kərimov 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verib. Bildirilib ki, “vahid məkan” prinsipinə əsaslanan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır.

“ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirmiş, Mərkəzin onlarda xoş təəssüratlar yaratdığnı qeyd etmiş və gələcək fəaliyyətdə uğurlar arzulayıblar.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti