Deputatın polis qardaşı işdən getdi

Deputatın polis qardaşı işdən getdi
  13 İyun 2014    Oxunub:1275
Deputat Ceyhun Osmanlının qardaşı Daxili İşlər orqanlarından xaric edilib.
AzVision.az aktual.az-a istinadən xəbər verir ki, Faiq Osmanlı yeni təyin olunduğu, Ağdaş Mühafizə Bölməsinin rəisi vəzifəsindən azad olunub.

DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məlumatı təsdiqləyib.

Şöbə rəisi bildirib ki, Faiq Osmanlı öz arzusu ilə daxili işlər orqanlarından azad olunması barədə raport yazıb. Daxili İşlər Naziri Ramil Usubovun müvafiq əmri ilə, onun raportu nəzərə alınıb və Faiq Osmanlı Daxili İşlər orqanlarından xaric edilib.

Xatırladaq ki, bir müddət əvvəl, Faiq Osmanlı Göyçay Rayonlararası Mühafizə Bölməsinin rəisi vəzifəsindən azad olunaraq, Ağdaş Mühafizə Bölməsinə rəis təyin edilmişdi.


Teqlər:  





Xəbər lenti