Ajei: qanunu gözləmədən hicab əleyhdarları ilə məşğul olun

   Ajei:    qanunu gözləmədən hicab əleyhdarları ilə məşğul olun
  31 Oktyabr 2023    Oxunub:598
İranın məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Ajei prokurorları və digər məhkəmə orqanlarını məcburi hicab əleyhdarları ilə məşğul olmaq üçün “İffət və Hicab” qanunun qəbul edilməsini gözləməməyə çağırıb.
AzVision.az xəbər verir ki, Qulamhüseyn Möhsüni Ajei, həmçinin polis və Daxili İşlər nazirliyindən də bu sahədə meydan çıxmalarının zəruri olduğunu vurğulayıb.

Ajei növbəti dəfə məcburi hicabın əleyhdarlarını “düşmən”in meydanında oynamaqda günahlandıraraq, onlarla məşğul olmağı tələb edib.

Qeyd edək ki, İranın Məqsədliliyi müəyyənetmə şurası Məhkəmə hakimiyyətinin təqdim etdiyi və parlamentin xüsusi komitəsinin təsdiqlədiyi qanun layihəsinin bəzi müddəalarında “şübhə və qeyri-müəyyənlik” aşkarlayaraq layihəni yenidən parlamentə göndərib.
AzVision.az


Teqlər: İran   hicab  





Xəbər lenti