Ömərova Rita Kamal qızı 1983-cü ilin martın 4-də Gurcüstan Respublikasında anadan olub. 2000-ci ildə Xətai rayonundakı 257 saylı orta məktəbi bitirib. Elə həmin ildə Bakı Dövlət Universitetinin Politologiya fakültəsinə daxil olub. Bakalavr pilləsini bitirdikdən sonra 2004-cü ildə magistraturaya, 2006-cı ildə aspiranturaya qəbul olunub.
- Uşaqlıqdan həmişə jurnalist olmaq istəmişəm,- deyir Rita,- Jurnalist kimi ilk fəaliyyətimə 2005-ci ildə “İmpuls” qəzetindən başladim. 2007-ci ildə isə ANS TV və ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Amerika–Azərbaycan Jurnalistika Akademiyasına daxil oldum. Elə həmin ildən də ANS TV-nin “Xəbərçi” verilişində işləyirəm.