İranda “monarxist terror şəbəkəsinin məhv edildiyi” iddia olunur

İranda    “monarxist terror şəbəkəsinin məhv edildiyi”    iddia olunur
  13 Noyabr 2023    Oxunub:609
SEPAH Kəşfiyyat təşkilatının əməliyyatı nəticəsində həbs olunan mütəşəkkil şəbəkənin rəhbərləri əyalət təhlükəsizlik qüvvələrinin birinə sui-qəsd etmək məqsədi güdüblər.
AzVision.az xəbər verir ki, bu şəbəkəni “monarxist terrorçu” qrup adlandıran Kirman əyalətinin baş hakimi İbrahim Həmidi onun üzvlərinin ötən il müxtəlif yerlərə hücum etdiklərini, ictimai əmlakı dağıtdıqlarını və bannerləri yandırdıqlarını bildirib. O, həmin şəxslərin, habelə rejim əleyhinə kitabçalar çap edərək payladığını, şüarlar yazdığını və peyk şəbəkələrinə məzmun göndərdiklərini söyləyib.

Bu şəxslərin sayı, necə həbs olunduqları və “hansı təhlükəsizlik qüvvələrinə sui-qəsd təşkil etmək niyyətində olduqları” barədə ətraflı məlumat açıqlanmayıb.

Qeyd edək ki, İranın təhlükəsizlik qurumları onların siyasətinə qarşı etirazçıları və tənqidçiləri daim “düşmən mediası” adı altında xaricdə farsdilli KİV-lərlə əlaqə saxlamaqda və “terror aktları” törətməkdə suçlandırırlar.
AzVision.az





Teqlər: İran   monarxislər  





Xəbər lenti