Rusiyada manyakı zərərsizləşdirən azərbaycanlı danışdı - VİDEO

   Rusiyada manyakı zərərsizləşdirən azərbaycanlı danışdı -    VİDEO
  13 Noyabr 2023    Oxunub:707
Rusiyanın Lyubertsı şəhərində küçədə insanlara hücum edən manyakı dayandıran azərbaycanlı hadisənin təfərrüatını danışıb.
Qeyd edək ki, əslən azərbaycanlı olan və 20 ildir ki, Rusiyada yaşayan Müqabil Hacı oğlu Babayev avtomobili ilə cinayətkarı vuraraq yıxıb. Daha sonra yaxınlıqdakı polis əməkdaşları bir neçə dəfə atəş açaraq insanlara hücum edən Romanı saxlayıblar.

Baş verən hadisə barədə danışan M.Babayev bildirib ki, o, avtomobili ilə hərəkətdə olarkən manyakın uşaqlı qadına bıçaqla xəsarət yetirdiyini görüb:
“Yaxınlıqda məktəb var. Qadın uşağını məktəbdən evə aparırdı. Manyakın onlara hücum etdiyini görəndən sonra onu maşınla vurmaq qərarına gəldim”.

Ətraflı İTV-nin süjetində:



AzVision.az


Teqlər:





Xəbər lenti