Rusiyalı təbliğatçıların həbsi tələb olunur

   Rusiyalı    təbliğatçıların həbsi    tələb olunur
  07 İyun 2024    Oxunub:556
Beynəlxalq İnsan Haqları Federasiyası (BİHF) və tərəfdaşları altı rusiyalı təbliğatçının həbsinə order verilməsini xahiş edərək Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokurorluğuna müraciət ünvanlayıblar.
AzVision.az bildirir ki, BİHF-in press-relizinə isitnadən edən “Meduza” informasiya portalı hüquq müdafiəçiləri nin ruisylı teleaparıcı Vladimir Solovyovun, RT telekanalının baş redaktoru Marqarita Simonyanın, “Rossiya seqodnya” media qrupunun rəhbəri Dmitri Kiselevin, radio və teleaparıcı Sergey Mardanın, habelə Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedevin həbsinə order verilməsini tələb etdiklərini yazıb.

Müraciətin müəlliflərinin fikrincə, bu şəxslərin hamısı Ukraynada dinc əhaliyə qarşı nifrətin yayılması kampaniyasında iştirak etməklə “Rusiyanın hərbi cinayətlərinə” töhfə verirlər. Hüquq müdafiəçiləri bu hərəkətlərin insanlığa qarşı cinayət kimi qiymətləndirilə biləcəyini vurğulayırlar.
BİHF hesab edir ki, Rusiya televiziyasında dövlət təbliğatına cavabdeh olan Rusiya Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Aleksey Qromov da xəbərlərin nifrət ritorikası ilə ukraynalıların təqib edilməsinə görə məsuliyyət daşıyır.

Müraciət çərçivəsində hüquq müdafiəçiləri 2022-ci il fevralın 24-dən 24 fevral 2024-cü ilə qədər rusiyalı təbliğatçıların bəyanatları olan iki mindən çox video-materialı təhlil ediblər. Ümumilikdə, BİHF və onun tərəfdaşları ukraynalılara qarşı nifrət ritorikası ilə seçildiyini hesab etdikləri 300-dən çox bəyanat müəyyənləşdiriblər. Məhz bundan sonra qurum öz araşdırmasının nəticələriniu BCM Prokurorluğuna göndərilib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: BİDF   BCM   Rusiya  





Xəbər lenti