MSF: "Bir həftədə 800 fələstinli öldürülüb"

      MSF:    "Bir həftədə 800 fələstinli öldürülüb"
  12 İyun 2024    Oxunub:746
"Qəzza zolağında son həftə ərzində artan hərbi hücumlar kütləvi itki ilə nəticələndi".
AzVision.az xəbər verir ki, bu sözləri "Sərhədsiz Həkimlər" (MSF) beynəlxalq xeyriyyə təşkilatının fövqəladə hallar bölməsinin rəhbəri Bris de le Vayn dilə gətirib.

"İyunun əvvəlindən bəri Qəzzada 800-dən çox insanın ölümü və 2400-dən çox insanın yaralanması göstərir ki, İsrail beynəlxalq hüququ heçə sayır. Bu hücumlar dayandırılmalıdır", - o vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qəzza   müharibə   itki  





Xəbər lenti