Qəssab reyd zamanı piştaxtanın altında gizləndi - Video

   Qəssab reyd zamanı piştaxtanın altında gizləndi -    Video
  13 İyun 2024    Oxunub:1088
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakıda keçirdiyi reyd zamanı maraqlı hal yaşanıb.
Heyvan kəsim məntəqələrinin birində televiziya əməkdaşlarının iştirakı ilə keçirilən reyddə qəssablardan biri kameraya düşməmək üçün piştaxtanın altında gizlənib.

AQTA nümayəndəsinin onu görməsindən sonra gizləndiyi yerdən çıxmağa məcbur olan şəxs qəssab olmadığını deyərək uzaqlaşıb. Həmin məntəqədə standartlara uyğun olmadan kəsim aparılması halı aşkarlanıb.

ARB 24 kanalının reyd zamanı çəkdiyi həmin kadrları təqdim edirik:



AzVision.az


Teqlər:





Xəbər lenti