NATO-nun mobil təlim qrupu tərəfindən HHQ-də kurs keçirilir

   NATO-nun mobil təlim qrupu tərəfindən HHQ-də kurs keçirilir
  13 İyun 2024    Oxunub:590

Bu il üçün NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq proqramına əsasən, NATO-nun Hərbi Hava Qüvvələri (HHQ) Komandanlığının Mobil Təlim Qrupu Bakıda HHQ-nin şəxsi heyəti ilə "HHQ-də hava məkanının idarə olunması və nəzarət" mövzusunda kurs keçirir
AzVision.az xəbər verir ki, kursun məqsədi NATO-da hava məkanının idarə olunması, eləcə də hava məkanına nəzarət fəaliyyətlərinin əsas prinsiplərini tədris etmək və dinləyicilərin ixtisaslar üzrə nəzəri biliklərini təkmilləşdirməkdir.

Qeyd edək ki, təlim kursu iyunun 14-dək davam edəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti