Paşinyan VS Baqrat - Etiraz aksiyalarına qarşı veloyürüş - VİDEO

  Paşinyan VS Baqrat -  Etiraz aksiyalarına qarşı veloyürüş -   VİDEO
  14 İyun 2024    Oxunub:814
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə velosiped yürüşünə çıxıb. O, bununla bağlı videonu Facebook səhifəsində paylaşıb.
Paşinyan statusunda yazıb: “Bu gün İrəvanda ikinci 15 km-lik velosiped yürüşümüz baş tutub. Velosiped həmrəylikdir, ilhamdır, zövq almaqdır. Yaşasın velosiped! Velosiped klubumuza qoşulmaq istəyən hər kəs adını, telefon nömrəsini və velosipedlə birlikdə şəklini [email protected] ünvanına göndərməlidir".

Paşinyan velosiped sürdü - Video
Xatırladaq ki, baş nazir 3 gün öncə sosial şəbəkə hesabında velosiped sürəndən sonra idman şortu və başında kaska ilə hökumət evinə gəlməsini əks etdirən video paylaşmışdı.

Bu video da sosial şəbəkələrin erməni seqmentində tənqidlərə səbəb olmuşdu.

Qeyd edək ki, Paşinyan son günlər veloyürüşlər təşkil edir, xalq arasında görünməyə çalışır. Müxalifət, bəzi saytlar veloyürüşü ölkədə artan narazılıqlara, keşiş Baqrat Srbazanın etiraz yürüşlərinə cavab kimi qiymətləndirir.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Velosiped  





Xəbər lenti