Sərxoş sürücü 9 nəfəri vurdu, 5-i öldü - VİDEO

 Sərxoş sürücü 9 nəfəri vurdu, 5-i öldü    - VİDEO
  14 İyun 2024    Oxunub:778
Rusiyada xeyli sayda piyadanın vurulması ilə nəticələnən dəhşətli avtomobil qəzası baş verib.
Yerli medianın yaydığı məlumata görə, hadisə Blaqoveşensk şəhərində olub. Sürücü yüksək sürətlə idarə etdiyi avtomobili səkidə gəzən insanların üzərinə sürüb.

“112” Telegram kanalının yaydığı məlumata görə, 9 piyadanı vuran avtomobili 59 yaşlı Vasili Bakaryukin adlı şəxs idarə edib. Hadisə şahidlərinin sözlərinə görə, sürücü sərxoş kimi görünüb.

Qeyd edilir ki, Vasilenko küçəsində baş verən faciə zamanı azı 5 nəfər ölüb. Ölənlərdən 3-nün uşaq olduğu bildirilir.

Amur vilayətinin qubernatoru Vasili Orlov da dəhşətli hadisə ilə bağlı Telegram kanalında məlumat yayıb.

O qeyd edib ki, “Sürücü artıq saxlanılıb və cinayət işi başlanacaq. Əminəm ki, günahkar layiqli cəzasını alacaq”.



Tural Tağıyev

AzVision.az



Teqlər:





Xəbər lenti