Dünyanın taleyi 5 ölkədən asılıdır - Ərdoğan

   Dünyanın taleyi 5 ölkədən asılıdır    -    Ərdoğan
  15 İyun 2024    Oxunub:1036
Hazırda təəssüf ki, dünyanın taleyi 5 ölkənin (BMT TŞ-nin 5 daimi üzvü - red.) əlindədir. Bu 5 ölkədən biri “yox” dediyi zaman məsələ bitir
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniya Baş naziri Pedro Sançeslə görüşdən sonra keçirilən media konfransında deyib.

“Son olaylarda da bu 5 ölkədən biri İsrailin tərəfində yer alır. Uşaqlar, qadınlar, jurnalistlər ölür, əhəmiyyət vermirlər”, - deyə Ərdoğan bildirib.

Türkiyə lideri İspaniyanın Fələstini tanımaq qərarını bir daha alqışladığını bildirib və bu sıraya daha çox ölkənin qoşulmasının vacibliyini qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti