Çilimanın dəfnində qəza olub, azı 4 nəfər ölüb

Çilimanın dəfnində qəza olub,  azı 4 nəfər ölüb
  17 İyun 2024    Oxunub:1086
Malavinin Nsipe kəndində vitse-prezident Saulos Çilimanın dəfn mərasimi zamanı baş verən yol qəzasında 4 nəfər ölüb, 12 nəfər isə yaralanıb.
Bu barədə “France-Presse” (AFP) agentliyi məlumat yayıb.

Malavi vitse-prezidenti təyyarə qəzasında həlak olub
Mənbənin məlumatına görə, ötən həftə təyyarə qəzasında həlak olan Çilimanın cənazəsi paytaxt Lilonqvedən 180 kilometr cənubda yerləşən doğma kəndinə aparılıb və bu gün dəfn olunacaq.

Xatırladaq ki, iyunun 11-də Çiliman və onu müşayiət edən 9 nəfər təyyarə qəzasında həlak olub.
AzVision.az



Teqlər:   Dəfn  





Xəbər lenti