Almaniyada Serbiya millisinin azarkeşləri həbs edildi

Almaniyada Serbiya millisinin azarkeşləri həbs edildi
  17 İyun 2024    Oxunub:743
Avro-2024-ün qrup mərhələsinin 1-ci turunun Serbiya - İngiltərə oyunu öncəsi qalmaqal yaşanıb.
AzVision.az xəbər verir ki, Gelzenkirxendə (Almaniya) ingilis və serb azarkeşlər arasında dava olub. İngiltərəli azarkeşlər serbiyalı fanatların olduğu bara hücum ediblər. Daha sonra hər iki komandanın fanatları bir-birlərinə əşyalar atıblar.

Davadan sonra yeddi serbiyalı azarkeş həbs edilib. Fanatlardan birinə ağır bədən xəsarəti yetirmək maddəsi ilə cinayət işi açılıb.

Xatırladaq ki, ötən gecə İngiltərə yığması Serbiyaya 1:0 hesabı ilə qalib gəlib. Növbəti mərhələdə İngiltərə yığması Danimarka, Serbiya isə Sloveniya ilə qarşılaşacaq.
AzVision.az



Teqlər:





Xəbər lenti