İsrailin hərbi kabineti ləğv edilib

   İsrailin hərbi kabineti ləğv edilib
  17 İyun 2024    Oxunub:1193
İsrailin HƏMAS-la müharibə çərçivəsində yaradılmış fövqəladə hərbi kabineti buraxılıb.
AzVision.az xəbər verir ki, bu barədə yerli mətbuat ölkənin Baş naziri Benyamin Netanyahuya istinadən məlumat yayıb.

"Kabinet Qants ilə koalisiya sazişində idi. O gedibsə, deməli, artıq kabinetə ehtiyac yoxdur", - Netanyahu bildirib.

Xatırladaq ki, İsrailin fövqəladə hərbi kabinetinin üzvü, ordu generalı Beni Qants ötən günlərdə kabinetdən istefa vermişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   hərbi-kabinet  





Xəbər lenti