Sabiq deputat vəfat etdi

   Sabiq deputat vəfat etdi
  17 İyun 2024    Oxunub:713
Milli Məclisin sabiq deputatı Mirkazım Kazımov vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıb.

Bildirilib ki, M.Kazımov doğulduğu Cəlilabad rayonunun Hasıllı kəndində dəfn ediləcək.

Qeyd edək ki, Milli Məclisin ikinci çağırış deputatlarından olan M.Kazımov 1950-ci ildə Cəlilabad rayonunda anadan olub. Uzun illər YAP-da müxtəlif vəzifələr tutan M.Kazımov, həm də “Qasid” ASC-nin sədri olub.

AzVision.az


Teqlər:





Xəbər lenti