Tarantino Fələstin tərəfdarlarının hücumuna məruz qalıb - VİDEO

   Tarantino Fələstin tərəfdarlarının hücumuna məruz qalıb -    VİDEO
  17 İyun 2024    Oxunub:1090
Dünyaca məşhur kino rejissoru Kventin Tarantino Nyu-Yorkda "Che Li" adlı restoranda nahar zamanı antisionist Fələstin tərəfkeşlərinin hücumu ilə üzləşib.
AzVision.az xəbər verir ki, bu barədə sosial şəbəkədə video yayılıb.

Kadrlardan görünür ki, "Crackhead Barney" ləqəbli tanınmış antisionist fəal kamera ilə rejissora yaxınlaşaraq, onu İsrailə dəstək verdiyi üçün təhqir edib.

Rejissor dərhal restorandan çıxmağa çalışsa da, fəallar ona yenə də maneə törədiblər.

Firudin Həmidli
AzVision.az


Teqlər: rejissor   hücum   təhqir  





Xəbər lenti