İrəvanın Qələbə Parkında Rusiya bayrağını cırıblar

   İrəvanın Qələbə Parkında Rusiya bayrağını cırıblar
  18 İyun 2024    Oxunub:655
İrəvanın Qələbə parkındakı Şöhrət Xiyabanında respublikanın sərhədlərində xidmət edən erməni və rus sərhədçilərinin xatirəsinə ucaldılmış abidədə Rusiya Federasiyasının bayrağı cırılıb, gerbi isə sındırıblar.
AzVision.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan məlumat yayıb.

Paytaxt meriyası baş verənlərə görə məsuliyyət daşımadığını bəyan edib. Şəhər rəhbərliyi isə hadisə ilə bağlı məlumatı araşdıracağını bildirib.

“İravunk” qəzetinin yazdığına görə, Rusiya Federasiyasının dövlət bayrağını bir qrup rusofob cırıb. Qəzet onu da qeyd edir ki, bu, abidənin təhqir olunması ilə bağlı ilk hal deyil.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti