Bakıda hotelin qarşısında avtobus yanıb

Bakıda hotelin qarşısında avtobus yanıb
  18 İyun 2024    Oxunub:689
Paytaxtın Nərimanov rayonunda hotelin qarşısında avtobusda yanğın olub, yolda sıxlıq yaranıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, Heydər Əliyev prospekti, "Excelsior" otelin qarşısıda mirkoavtobusda yanğın baş verib. Bu səbəbdən metronun "Koroğlu" stansiyası istiqamətində avtomobillərin hərəkətinə qısamüddətli məhdudiyyət tətbiq edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti