İstanbulda zavodda güclü yanğın başlayıb

İstanbulda zavodda güclü yanğın başlayıb
  18 İyun 2024    Oxunub:701
İstanbulda zavodda güclü yanğın başlayıb.
AzVision.az TRT Haber-ə istinadən xəbər verir ki, hadisə Tuzla rayonundakı Dəri Sənaye Bölgəsində qeydə alınıb. Avtomobil ehtiyat hissələri istehsal edən zavodda naməlum səbəbdən yanğın baş verib. Yanğın böyük ərazini əhatə etdiyindən hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadası cəlb edilib.

Yanğın yerində partlayış səsləri də eşidilir. Külək nəticəsində yanğın ətrafdakı digər zavodlara və meşə ərazisinə keçib.

AzVision.az



Teqlər:





Xəbər lenti