Hikmət Hacıyev: "Fransanın Cənubi Qafqazda həyata keçirdiyi siyasəti səmərəli hesab etmirik"

      Hikmət Hacıyev:    "Fransanın Cənubi Qafqazda həyata keçirdiyi siyasəti səmərəli hesab etmirik"
  19 İyun 2024    Oxunub:549
Fransanın Cənubi Qafqazda həyata keçirdiyi siyasəti səmərəli hesab etmirik.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu siyasət zərərli siaysətdir:

"Bu, Cənubi Qafqazda sülh gündəliyinin irəli aparılmasına töhfə vermir. Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin aparılmasına, xüsusilə də aprelin 19-da sərhədlərin delimitasiyası ilə bağlı əldə olunan nəticələrə, dekabrın 7-də iki ölkənin ali orqanları səviyyəsində birgə bəyanatın əldə olunmasına, bütövlükdə Cənubi Qafqazın sülh yolu ilə transformasiyası istiqamətində atılan ciddi addımların atıldığı bir şəraitdə Fransanın regionda militarizasiya siyasəti həyata keçirməsi regiona ciddi təhdiddir. Bu, normallaşma prosesinə ciddi şəkildə bir zərbədir. Bu, eyni zamanda da Ermənistanın daxilində olan revanşist qüvvələrin bir həvəsləndirilməsinə xidmət edəcək bir adımdır. Ona görə də Fransadan bu militarizasiya siyasətini, xüsusilə də Ermənistana hücum xarakterli öldürücü silahların təqdim edilməsini və Ermənistan-Fransa hərbi əməkdaşlığının genişləndilməsi ciddi narahatlıq da olan bir haldır. Hesab edirik ki, Fransada BMT Təhlükəsi Şurasının daimi üzvü olaraq daha məsuliyyətli bir siyasət həyata keçilməlidir".

H.Hacıyev bildirib ki, Ermənistan Cənubi Qafqaz regionunda işğal və təcavüz törətmiş dövlətdir: "Bu, Ermənistanın real praktikasına və siyasətinə əsaslanan bir təcrübədir. Azərbaycan xalqı və dövləti də bundan əziyyət çəkib. Ona görə də işğalcı-təcavüzkar dövlətin yenidən silahlandırılması və militarizasiya siyasətinin həyata keçilməsi heç bir halda məsuliyyətli siyasət hesab oluna bilməz".



AzVision.az



Teqlər:





Xəbər lenti