Rusiya və Şimali Koreya arasında strateji saziş imzalandı

Rusiya və Şimali Koreya arasında strateji saziş imzalandı
  19 İyun 2024    Oxunub:516
Rusiya və Şimali Koreya iki ölkə liderlərinin iştirakı ilə keçirilən danışıqların yekunlarına əsasən, Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalayıblar.
AzVision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat verib.

Məlumata görə, Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen İn sənədə imza atıblar.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Şimali Koreyada səfərdədir.

AzVision.az



Teqlər:





Xəbər lenti