Musiqi, incəsənət məktəblərinə təhsilalanların qəbulu ilə bağlı imtahanlar başlayır

Musiqi, incəsənət məktəblərinə təhsilalanların qəbulu ilə bağlı imtahanlar başlayır
  19 İyun 2024    Oxunub:571
Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə 2024/2025-ci tədris ili üzrə təhsil alanların növbəti imtahan mərhələsi başlanır.
AzVision.az xəbər verir ki, qeydiyyatdan keçmiş namizədlər iyunun 20-dən başlayaraq əyani şəkildə keçiriləcək qəbul imtahanlarında iştirak edə biləcəklər.

İmtahanın keçirilmə tarixi və məkanı barədə namizədlərə “MyCulture” vahid şəxsi kabinet (my.culture.az), elektron poçt və SMS vasitəsilə müvafiq bildirişlər göndərilib.

Bununla yanaşı, namizədlər vətəndaş məmnunluğunun və məlumatlandırma səviyyəsinin yüksəldilməsi məqsədilə alternativ kimi yaradılmış https://imtahan.culture.az resursuna daxil olaraq imtahan bildirişini əldə edə bilərlər.
AzVision.az



Teqlər:





Xəbər lenti