Putin Vyetnama gedib

Putin Vyetnama gedib
  20 İyun 2024    Oxunub:492
Rusiya prezidenti Vladimir Putin Şimali Koreyaya səfərindən sonra Vyetnama gəlib.
AzVision.az "Reuters"ə istinadən xəbər verir ki, Putinin təyyarəsi Hanoy hava limanına enib.

Putin Şimali Koreyaya getdi
Onu qırmızı xalçada Vyetnam baş nazirinin müavini Tran Hong Ha və yüksək vəzifəli diplomat Le Hoai Trung qarşılayıb.

Qeyd edək ki, Vyetnam Rusiyanın Ukraynaya hücumunu pisləməkdən çəkinir. Qərb dövlətləri bu mövqeni Vyetnamın Kremlə çox yaxın olduğu ilə əlaqələndirir.

Həmidə İbrahimova
AzVision.az




Teqlər:   Putin   Vyetnam  





Xəbər lenti