Azərbaycanda ilk: Avtobusda konsert | Video

   Azərbaycanda ilk:    Avtobusda konsert    | Video
  20 İyun 2024    Oxunub:1101
“Quality Event” şirkəti şəhərdə musiqili avtobus turu təşkil edib. Dj Kamo və ifaçı Fərid Mərd fərqli çıxışları ilə şəhərə səs salıblar.
Azərbaycanda ilk dəfə təşkil olunan bu tur izləyicilərlə yanaşı, şəhərin mərkəzində olan turistlərin də marağını cəlb edib. Belə ki, Heydər Əliyev Mərkəzində olan turistlərlə turda iştirak edən qonaqlar Azərbaycanın milli rəqsi “Yallı”nı oynayıblar.

“Quality Bus” saat 16:00-dan axşam saat 22:00-a qədər şəhərin mərkəzi küçələrində gəzərək insanların marağına səbəb olub.



Qeyd edək ki, “Quality Event” Şirkətinin təşkilatçılığı ilə 13 və 27 iyul tarixlərində türkiyəli və azərbaycanlı sənətçilər “EGP Arena”da səhnəyə çıxacaqlar. Biletlər artıq iticket.az saytında və qualityevent.baku instaqram səhifəsində satışdadır.

Biletləri sifariş etmək üçün:
055 538 38 69
099 539 39 69




Teqlər: Konsert  





Xəbər lenti