Güclü küləklə bağlı xəbərdarlıq

   Güclü küləklə bağlı    xəbərdarlıq
  21 İyun 2024    Oxunub:684
İyunun 21-22-də ölkənin bəzi rayonlarında gözlənilən güclü küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı, narıncı və qırmızı xəbərdarlıq edilib.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirlikləri əhaliyə müraciət edərək, gözlənilən güclü küləkli hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır, riayət olunmalı mühüm təhlükəsizlik tədbirlərini bir daha xatırladır:

"İlk növbədə uşaqları küləkli havada nəzarətsiz buraxmayın, nəqliyyat vasitələrini irigövdəli ağacların altında saxlamayın, yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durun, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmayın. Güclü külək hətta sağlam, irigövdəli ağacların aşmasına, budaqlarının sınmasına səbəb ola bilər".

AzVision.az


Teqlər:





Xəbər lenti