Tacikistan hicab taxmağa qadağa qoydu

   Tacikistan hicab taxmağa qadağa qoydu
  21 İyun 2024    Oxunub:767
Tacikistanda hicab taxmaq tamamilə qadağan edilib.
AzVision.az xəbər verir ki, Tacikistan parlamenti hicab taxmağı qadağan edən qaydanı təsdiqləyib.

Bundan əvvəl yalnız dövlət müəssisələrində və məktəblərdə hicab taxmaq qadağan edilmişdi. Məlumata görə, hicabın taxılması, idxalı, satışı və reklamı ilə bağlı qadağanı pozanlar cərimələnəcək.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: Tacikistan   Hicab   Qadağa  





Xəbər lenti