Respublikada bir işçiyə düşən orta aylıq əməkhaqqı 5,2 faiz artıb

   Respublikada bir işçiyə düşən orta aylıq əməkhaqqı 5,2 faiz artıb
  21 İyun 2024    Oxunub:652
AzVision.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev rayon (şəhər) icra hakimiyyətləri yanında məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitəsi rəhbərlərinin beşinci müşavirəsində çıxışı zamanı deyib.

İ.Vəliyev qeyd edilən müddət ərzində qeyri-özəl neft bölməsi üzrə bölgələrdə 10,3 faiz artım qeydə alındığını bildirib. Rəis müavini həmçinin qeyd edib ki, ötən müşavirədən bu günə kimi respublikada bir işçiyə düşən orta aylıq əməkhaqqı 5,2 faiz artıb. O, bölgələrdə bu göstəricinin daha aşağı olduğunu diqqətə çatdırıb.

İ.Vəliyev rayonlarda xidmət və ticarət sektorunda fəaliyyət göstərən vergi ödəyicilərini işçilərin fəaliyyətini leqallaşdırmaqla bağlı mütəmadi maarifləndirməyin vacibliyinə də toxunub.

AzVision.az



Teqlər:





Xəbər lenti