Avro-2024: Türkiyənin Portuqaliya sınağı

Avro-2024:    Türkiyənin Portuqaliya sınağı
  22 İyun 2024    Oxunub:665
Bu gün Avro-2024-ün qrup mərhələsində 2-ci tura yekun vurulacaq.
AzVision.az xəbər verir ki, E və F qruplarında ümumilikdə 3 matç keçiriləcək.

Əvvəlcə F qrupunda Gürcüstan Çexiya ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Bu gün qardaş ölkə Türkiyənin də milli komandası növbəti oyununa çıxacaq. Vinçenzo Montellanın kollektivini Portuqaliyaya qarşı çətin matç gözləyir. Bu oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

İlk turda F qrupunda Portuqaliya Çexiyaya, Türkiyə isə Gürcüstana qalib gəlib.

E qrupunda isə Belçika Rumıniya ilə qarşılaşacaq. Görüş saat 23:00-da start götürəcək.

Avro-2024, qrup mərhələsi, 2-ci tur

F qrupu

17:00. Gürcüstan - Çexiya


Baş hakim: Daniel Siebert (Almaniya)

"Volkspaarkstadion"

20:00. Türkiyə - Portuqaliya

Baş hakim: Feliks Zvayer (Almaniya)

"Siqnal İduna Park"

E qrupu

23:00. Belçika - Rumıniya

Baş hakim: Simon Marçinyak (Polşa)

"Rayn-Energi”
AzVision.az



Teqlər:





Xəbər lenti