Arda Güler bugünkü matçı buraxa bilər

   Arda Güler bugünkü matçı buraxa bilər
  22 İyun 2024    Oxunub:613
Türkiyə millisinin və "Real"ın yarımmüdafiəçisi Arda Güler ​​Avro-2024-ün qrup mərhələsinin 2-ci turunun Portuqaliya ilə oyununu buraxa bilər.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella öz açıqlamasında bildirib. O deyib:

“Arda çox yorğundur. Buna görə də onun meydana çıxıb-yatırmayacağına son anda qərar verəcəyik. Ümid edirəm ki, oynayacaq. Təəssüf ki, fiziki cəhətdən 100 faiz deyil”.

Xatırladaq ki, 19 yaşlı Güler ​​ilk turda Gürcüstanla görüşdə ( 3:1 ) qola imza atıb.

Qeyd edək ki, Türkiyə - Portuqaliya oyunu bu gün Dortmunddakı "Siqnal İduna Park" arenasında keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti