Toyda kütləvi zəhərlənmənin ilkin səbəbi açıqlandı

   Toyda kütləvi zəhərlənmənin    ilkin səbəbi açıqlandı
  23 İyun 2024    Oxunub:878
Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumlarla birgə Ağstafa rayonunda fəaliyyət göstərən “İnci” şadlıq sarayında baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı dərhal araşdırmalara başlanılıb.
AQTA-dan AzVision.az -a verilən məlumata görə, hadisənin baş verdiyi axşam saatlarında Agentliyin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə həm şadlıq sarayına, həm də qidaların hazırlandığı yerlərə baxış keçirilərək müvafiq tədbirlər görülüb.

İlkin araşdırmalar zamanı məlum olub ki, Ağstafa rayonu Aşağı Göycəli kənd sakini Piriyev Məkan Rafiq oğlunun təşkil etdiyi toy mərasimində məişət (ev) şəraitində müvafiq temperatur rejiminə riayət edilmədən hazırlanan müxtəlif qidalar şadlıq sarayında istehlaka təqdim olunub. Həmin qidalardan nümunələr götürülərək laborator analizlərə cəlb edilib.

Analizlərin nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, hadisə ilə əlaqədar Ağstafa rayon mərkəzi xəstəxanasına müraciət edən şəxslərin hər birinə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Hazırda araşdırmalar davam etdirilir.

Qeyd edək ki, dünən Ağstafada şadlıq sarayında kütləvi zəhərlənmə qeydə alınıb.

AzVision.az





Teqlər:





Xəbər lenti