Xankəndidə ECOLEAD layihəsinə dair anlaşma Memorandumu imzalanıb

Xankəndidə ECOLEAD layihəsinə dair anlaşma Memorandumu imzalanıb
  24 İyun 2024    Oxunub:594
Xankəndi şəhərində ECOLEAD layihəsinə dair anlaşma Memorandumu imzalanıb.
AzVision.az xəbər verir ki, anlaşma Memorandumunu Baş prokurorunun müavini Heydər Məmmədov, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev imzalayıb.

Qeyd edək ki, memorandum ətraf mühitin mühafizəsi əleyhinə törədilmiş qeyri-qanuni əməllərin araşdırılması, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması, toplanmış bilik və məlumatların paylaşılması, öz səlahiyyətləri daxilində funksiyalarını daha operativ və səmərəli icra etmək üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə imzalanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti