Tibb Universitetinin professoru vəfat etdi

Tibb Universitetinin professoru vəfat etdi
  25 İyun 2024    Oxunub:794
Azərbaycan Dövlət Tibb Universitetinin (ADTU) professoru dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, professor Zöhrab Qarayev qəfil vəfat edib.

Qeyd edək ki, Zöhrab İslam oğlu Qarayev 25 mart 1945-ci ildə Laçın rayonunun Minkənd kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin professoru, tanınmış alim idi.

Z. Qarayev 2005-ci ildən ADTU-nin ortopedik stomatogiya kafedrasının professoru vəzifəsində çalışıb.

2010-cu ildə Azərbaycan Respublikası Prezidentin sərəncamı ilə "Əməkdar həkim" fəxri adı alıb.
AzVision.az



Teqlər:





Xəbər lenti